Yuxarı

Özgür Özələ hücum edən şəxslə bağlı - Şok detal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özgür Özələ hücum edən şəxslə bağlı  - Şok detal

Türkiyənin ana müxalifət partiyasının lideri Özgür Özələ hücum edən şəxs əvvəllər öz övladlarını qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alıb, lakin sonradan şərti azadlığa buraxılıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb.

Yılmaz Tunçun sözlərinə görə, həmin şəxs daha əvvəl iki övladını qətlə yetirib, digər iki uşağını isə ağır şəkildə yaralayıb.

Rəsmi məlumata əsasən, İsgəndərun 1-ci Ağır Cəza Məhkəməsi tərəfindən 2004-cü ildə “iki uşağını qəsdən öldürmək” və “iki uşağını qəsdən yaralamaq” ittihamları ilə iki dəfə ömürlük həbs və əlavə müddətli cəza alan şəxs o dövrdə qüvvədə olan 765 saylı Türk Cəza Qanunu və 647 saylı Cəza İnfaz Qanununa əsasən 16 il həbsdə saxlanıldıqdan sonra 2020-ci ildə şərti azadlığa buraxılıb.

Nazirin sözlərinə görə, şübhəli şəxs siyasi liderə qarşı hücumu ona partiya tərəfindən yemək kartı verilmədiyi üçün etdiyini bildirib.

Xatırladaq ki, mayın 4-də Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edilib. Hadisə Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin dəfn mərasimindən sonra baş verib.

Tarix
2025.05.04 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla