Yuxarı

Qulinin yaxın adamı olan qanuni oğru axtarışa verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nika Qaqrinski" ləqəbli qanuni oğru Niko Dqebuadze Rusiyada federal axtarışa verilib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, Smolensk vilayətində avtoritetə qarşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi - "Cinayətkar iyerarxiyada ali mövqe tutma" üzrə cinayət işi başlanılıb.

Məlumata görə, 43 yaşlı Dqebuadze Smolensk vilayətində cinayətkar adət-ənənələri dəstəkləməkdə davam edir və hətta bölgədə yerli hakimiyyət orqanları ilə görüş təşkil edir.

Qaqrinski narkotik saxlamaq və yaymaqda ittiham olunaraq iki dəfə məhkum olunub. İndi o, yenidən hüquq-mühafizə orqanlarının diqqətinə düşüb və federal axtarışa verilib. Barəsində cinayət iyerarxiyasında yüksək vəzifə tutduğuna görə cinayət işi açılıb və onu 15 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Nika Qaqrinski mərhum azərbaycanlı qanuni oğru Lotu Qulinin yaxın adamlarından biri idi. Qaqrisnki daim abxaz avtoritetləri tərəfindən sıxışdırılıb. 2017-ci ildə Lotu Quli öz adamı Rəşad Gəncinskini məhz Nika Qaqrinskiyə dəstək olmaq üçün Abxaziyanın Qudauti şəhərinə göndərib.

Tarix
2025.05.06 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Azərbaycan-Suriya münasibətləri...

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşdü - Foto

Aleksandr Turçin Ağdama getdi

BQXK-nın Bakı nümayəndəliyi Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla