Yuxarı

Köhnə dünya nizamı məhv edildi, qlobal xaos... - FT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köhnə dünya nizamı məhv edildi, qlobal xaos... - FT

İnsanlıq İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyini qeyd etdiyi bir vaxtda hər gün sübut olunur ki, səkkiz onillik əvvəl qurulmuş beynəlxalq nizam bu gün sürətlə dağılır. Qarşıda bizi uzun və təhlükəli qlobal nizamsızlıq dövrü gözləyir.

Axar.az xəbər verir ki, bu barədə britaniyalı tarixçi, Mərkəzi və Şərqi Avropanın müasir tarixi və siyasəti üzrə ekspert Timoti Qarton-Eşin “Faynənşl Tayms” qəzetində dərc edilən məqaləsində bildirilib.

O qeyd edib ki, insanlığın heç vaxt qızıl dövrü olmayıb, lakin 1945-ci ildən sonra Avropanın, Asiyanın və Okeaniyanın əhəmiyyətli hissəsi ABŞ-ın himayəsi altında təhlükəsizlik və firavanlıq içində yaşayıb:

"İndi bu nizam tənəzzülə uğrayır: bu, qismən qloballaşma nəticəsində digər ölkələrin yüksəlişi, qismən isə Amerikanın lovğa və özünəqənim siyasəti səbəbindəndir. Prezident Donald Tramp bu quruluşun qalan hissəsini misilsiz sürət və məsuliyyətsizliklə dağıdır".

Tarixçi köhnə nizamın dağılmasının əlamətləri kimi hazırda davam edən üç böyük müharibəni (Ukraynada, Qəzzada və Sudanda), nüvə dövlətləri Hindistan və Pakistan arasında potensial müharibə riskini, habelə Trampın ticarət tariflərini göstərir ki, bunlar da yalnız xaosu daha da artırır.

Tarix
2025.05.10 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla