Yuxarı

Putin Trampla danışdı və ilk dəfə bu sözü işlətdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Trampla danışdı və ilk dəfə bu sözü işlətdi

21:15

Rusiya döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən effektiv yolları inkişaf etdirmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonrakı açıqlamasında deyib.

Putin əlavə edib ki, müvafiq razılaşmalar əldə olunarsa, Ukraynadakı vəziyyətdə müəyyən müddətə atəşkəs mümkündür.

Rusiya prezidentinin sözlərinə görə, Tramp söhbət zamanı Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyini ifadə edib. Putin bildirib ki, Rusiya Ukrayna ilə atəşkəs rejimini ehtiva edən memorandum üzərində işləməyə hazırdır.

O vurğulayıb ki, Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır.

Ukrayna ilə danışıqların bərpasına münasibət bildirən Putin qeyd edib: “Biz bütövlükdə düzgün yoldayıq”.

Qeyd edək ki, Putin ilk dəfədir kompromislərə hazır olmaqdan danışır.

Tarix
2025.05.19 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycan ilə Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla