Yuxarı

Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzoyan Avropada Rusiyadan “xilas olduqlarını” iddia etdi

Ermənistan bir mənbədən müdafiə idxalı asılılığını 95%-ə qədər azaldıb (Rusiyadan silah alınmasından imtina nəzərdə tutulur – red.). Paralel olaraq, hökumətimiz daha müstəqil sərhəd nəzarəti həyata keçirə bilib.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün AB-nin Şərqi Avropa və Mərkəzi Asiyadakı səfirlərinin regional toplantısının açılışında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Ermənistan enerji müstəqilliyini təmin etmək üçün alternativ yollar nəzərdən keçirə bilib - o cümlədən nüvə və bərpa olunan enerji sektorunda.

Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına da toxunaraq qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycanla hərtərəfli və institusional sülhün bərqərar olması üçün ardıcıl səy göstərir.

O, “Azərbaycanın səmimi narahatlığının olub-olmaması hələ bəlli deyil” deyib, üstəlik, rəsmi Bakını prosesi “süni surətdə” gecikdirməkdə ittiham edib.

O, avropalı tərəfdaşların həm Bakı ilə birbaşa təmaslarında, həm də ictimai bəyanatlarında Ermənistanla dərhal sülh sazişinin imzalanmasının zəruriliyini ardıcıl olaraq vurğulayacaqlarını gözlədiyini bildirib, bu prosesə dəstəyi gücləndirməyə çağırıb.

Tarix
2025.05.20 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı

Ölkədə ipoteka sistemi çökür: Evlərin kəskin bahalaşması...

Qarakənd faciəsindən 34 il ötür

Ağdamın azad olunmasından 5 il ötür

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla