Yuxarı

ABŞ-ın Tiflislə bağlı mövqeyi formalaşmayıb - Boçorişvili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Tiflislə bağlı mövqeyi formalaşmayıb - Boçorişvili

ABŞ administrasiyası hələ Gürcüstanla bağlı aydın və formalaşmış mövqeyə malik deyil.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət katibi Marko Rubionun Senatda rəsmi Tiflislə bağlı sualdan yayınmasına münasibət bildirərkən deyib.

“Bu gün eşitdiklərimiz onu göstərdi ki, məsələ hələ də ABŞ dövlət katibi tərəfindən müzakirə mərhələsindədir. Yəni Birləşmiş Ştatlar regionumuzda öz milli maraqları baxımından hansı siyasəti yürütməli olduğunu müəyyən etməyib. Dövlət katibi açıq şəkildə bildirdi ki, bu suala bu gün cavab verməyə hazır deyil”, - M.Boçorişvili vurğulayıb.

Nazir qeyd edib ki, bu mövqesizlik Gürcüstan hökumətinə qarşı mənfi rəy kimi qiymətləndirilməməlidir:

“Bu, Gürcüstan hakimiyyəti ilə bağlı qiymətləndirmə sayıla bilməz. Belə bir rəy üçün heç bir əsas yoxdur. Biz ABŞ ilə sistemli və səmərəli əməkdaşlıq etmişik və bu, davam edir”.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio Senatda Gürcüstanla bağlı suala cavab verərkən, hələ bu məsələ üzrə dəqiq mövqenin müəyyən olunmadığını qeyd edib.

Tarix
2025.05.22 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla