Yuxarı

Ermənistana silah tədarükü yenə dalana dirəndi – Bu dəfə Dehli...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana silah tədarükü yenə dalana dirəndi – Bu dəfə Dehli...

Ermənistanın silah tədarükçüləri ilə bəxti yenə gətirmir. Rusiya və Avropa ölkələrindən sonra indi də Hindistan Ermənistana vəd etdiyi silah-sursatın göndərilməsini təxirə salıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Enabludatel” Teleqram kanalı yayıb.

Bildirilib ki, buna səbəb Hindistanla Pakistan arasında gərginliyin artması və mümkün silahlı qarşıdurma təhlükəsidir:

“Hindistan Ermənistanı xəbərdar edib ki, Müdafiə Nazirliyi ilə imzalanmış 1,5 milyard dollar dəyərində müqavilələr çərçivəsində nəzərdə tutulan bir sıra silahların tədarükü qeyri-müəyyən müddətə təxirə salınır. Xüsusilə, “Bharat Electronics Limited” şirkəti “Akaş” zenit-raket komplekslərinin ikinci partiyasının göndərilməsini dayandırıb. Səbəb – Pakistanla mümkün döyüş əməliyyatlarının başlanma ehtimalıdır.

Qeyd edək ki, daha əvvəl Rusiya da müharibə səbəbindən Ermənistana silah göndərə bilməmişdi. Ermənistanın əvvəlcədən etdiyi ödəniş isə digər müqavilələrə yönəldilmişdi.

Ötən il Fransa istehsalı olan “Sezar” özüyeriyən artilleriya qurğuları və radar sistemlərinin tədarükü də baş tutmamışdı. Bu dəfə səbəb Avropa Sülh Fondunun ödənişi etməməsi və vəsaitlərin digər məqsədlərə yönəldilməsi olmuşdu.

Nəhayət, Avropa Birliyi də eyni səbəbdən Ermənistana 10 milyon avro dəyərində vəd edilən hərbi sahə düşərgəsini göndərməyib”.

Tarix
2025.05.26 / 14:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla