Yuxarı

Kanadaya təklif etdim: 51-ci ştat ol, 61 milyard ödəmə!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanadaya təklif etdim: 51-ci ştat ol, 61 milyard ödəmə!

Kanada ABŞ-a qoşulmağa qərar verərsə, Qızıl Qübbə raketdən müdafiə sistemi üçün ödənişdən azad olacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Mən bizim gözəl Qızıl Qübbə sistemimizin bir hissəsi olmaq istəyən Kanadaya dedim ki, əgər onlar ayrı, lakin qeyri-bərabər bir millət olaraq qalsalar, bu onlara 61 milyard dollara başa gələcək. Bununla belə, arzu edilən 51-ci ştata çevrilsələr, bunun dəyəri sıfır dollar olacaq”, - Ağ Evin sahibi sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Kanada bu təklifi nəzərdən keçirir.

Qeyd edək ki, mayın 20-də Tramp ABŞ-ın Qızıl Qübbə raketdən müdafiə sisteminin arxitekturası ilə bağlı qərar qəbul etdiyini açıqlayıb. O bildirib ki, sistemin yaradılmasına cəmi üç ildən az vaxt lazım olacaq. Vaşinqton administrasiyası bunun üçün təxminən 175 milyard dollar ayırmağı təklif edir.

Tarix
2025.05.28 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla