Yuxarı

Rusiyanın Ukraynaya təqdim etdiyi memorandumun təfərrüatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Ukraynaya təqdim etdiyi memorandumun təfərrüatı

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Donbas və Novorossiya daxil olmaqla Rusiya ərazisindən tam çıxarılması atəşkəsdən sonra 30 gün ərzində həyata keçirilməlidir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Ukrayna böhranının nizamlanmasına dair iki hissəli memorandumunda bildirilib.

"Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməyə başlandığı andan 30 günlük atəşkəs rejimi elan edilir. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindən tam çıxarılması və "paket sazişi"nin tam icrası bu 30 gün ərzində həyata keçirilməlidir", - sənəddə qeyd olunub.

Memorandumda həmçinin bildirilir ki, sülh müqaviləsinin mətni üzərində işə başlandıqdan sonra boz zonada həlak olanların cəsədlərinin toplanması üçün iki-üç günlük atəşkəs elan ediləcək, ardınca Ukrayna Silahlı Qüvvələrinin 6 min hərbçisinin cəsədi birtərəfli qaydada Ukrayna tərəfinə veriləcək.

Rusiyanın təkliflərinə bu ölkədə seçkilərin keçirilməsi və daha sonra sülh müqaviləsinin imzalanması daxildir.

Tarix
2025.06.02 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla