Yuxarı

Los-Ancelesdə iğtişaşlar: Milli Qvardiya yeridilib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Qvardiyası nümayişlər və qarşıdurmalar fonunda ictimai asayişi qorumaq üçün Los-Ancelesə yerləşdirilməyib.

Axar.az xəbər verir ki, bu barədə Los-Anceles meri Karen Bass X səhifəsində yazıb.

O, ABŞ Prezidenti Donald Trampın Los-Ancelesə Milli Qvardiyanın yeridilməsi ilə bağlı açıqlamasını təkzib edib:

"Milli Qvardiya Los Ancelesdə yerləşdirilməyib".

Mer Los-Ancelesdə asayişin qorunmasına görə Kaliforniya şəhəri və ştatın hüquq-mühafizə orqanlarına, eləcə də qubernator Gevin Nyusoma təşəkkür edib.

Qeyd edək ki, cümə günü Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması başlayıb. Şənbə günü axşam saatlarında ən azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının addımlarına cavab olaraq şəhərdə nümayişlər başlayıb.

Etirazçılar hüquq-mühafizə orqanlarının işinə mane olmağa çalışıb, yolu bağlayıb, İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarına daş və müxtəlif predmetlər atıblar.

Bu sırada Prezident Donald Tramp Los-Ancelesdə iğtişaşlarla mübarizə apardığına görə Milli Qvardiyaya təşəkkür edib.

Tarix
2025.06.08 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla