Yuxarı

İranın "cəsarətliləri" hanı? İndi ölüdürlər - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın "cəsarətliləri" hanı? İndi ölüdürlər - Tramp

İrana bir neçə dəfə anlaşma üçün şans verdim. Onları ciddi şəkildə xəbərdar etdim: "Sadəcə bunu edin". Amma uğursuz oldular. Dedim ki, nəticəsi gözlədiklərindən də pis olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edib.

“ABŞ dünyanın ən güclü, ən ölümcül silahlarını istehsal edir. İsraildə çoxu var və daha çoxu da yoldadır. Bəzi iranlı sərt xətt tərəfdarları özlərini cəsarətli göstərməyə çalışdılar, amma onların hamısı indi artıq ölüdür. Vəziyyət daha da pisləşəcək. Artıq böyük dağıntılar olub, amma hələ də yeni vəhşi hücumların qarşısını almaq üçün bir razılaşma mümkündür. İran qalan imperiyasını qorumaq üçün indi hərəkət etməlidir. Daha çox ölüm, daha çox dağıntı olmasın. Sadəcə edin, daha gec olmadan”, - ABŞ lideri qeyd edib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Tarix
2025.06.13 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla