Yuxarı

İranın İsrailə raket hücumu: beşinci dalğa - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın İsrailə raket hücumu: beşinci dalğa - Video

İran artıq İsrailə raket hücumunun beşinci dalğasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "İsrail" radiosu məlumat yayıb.

Radio həmçinin beşinci dalğanın bütün İsraili hədəf aldığını bildirib. İsrailin şimalında, mərkəzində və cənubunda partlayış səsləri eşidilib. Raketlərdən bəziləri Böyük Təl-Əviv bölgəsinə düşüb.

“Kanal 12” Təl-Əvivin cənubundakı Rişon Le Zion bölgəsinə raket düşdüyü ilə bağlı məlumat paylaşıb.

İsrail ordusunun mətbuat xidməti də son bir neçə saat ərzində İrandan İsrailə doğru onlarla raket atıldığını və onlardan bir neçəsini zərərsizləşdirmək mümkün olduğunu açıqlayıb.

Xilasetmə qrupları raketlərin düşdüyü barədə məlumatların daxil olduğu bir neçə yerdə axtarış-xilasetmə işləri görür.

“Yedioth Ahronoth” qəzeti İranın son hücumunda bir neçə israillinin yaralandığı və 6 binaya ciddi ziyan dəydiyi barədə məlumat yayıb.

Tarix
2025.06.14 / 08:54
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla