
Günəş altında qalan butulka suyunu içməyin!
01:52
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Türkiyənin Hatay, Bilecik və İzmir vilayətlərində meşə yanğınları səbəbindən 50 mindən çox insan təxliyə olunub. Onlar müvəqqəti olaraq respublikanın təhlükəsiz ərazilərində yerləşdiriliblər.
Axar.az xəbər verir ki, bu barədə iyunun 30-da Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi (AFAD) fəlakət zonasında yaşayanların təcili ehtiyacları üçün 60 milyon lirə vəsait ayırıb.
Meşə yanğınlarının söndürülməsində minlərlə insan iştirak edir, həmçinin təyyarə və helikopterlər cəlb olunub.
Prokurorluq orqanları yanğınların başvermə səbəblərini araşdırmağa davam edir, saxlanılanlar var.
Tarix
2025.06.30 / 22:47
|
Müəllif
Axar.az
|