Yuxarı

Türkiyədə 600-dən çox meşə yanğını qeydə alınıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir vilayətinin Səfərihisar və Menderes, Manisanın Akhisar, Kula və Saruhanlı, eləcə də Bilecikin Vezirhan bölgələrindəki yanğınlar tamamilə, Hatayın Antakya və Manisanın Ahmetli bölgələrindəki yanğınlar isə böyük ölçüdə nəzarət altına alınıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.

Bildirilib ki, iyunun 1-dən 16-dək Türkiyədə 203 meşə yanğını baş verib. Ayın ikinci yarısında isə havanın kəskin istiləşməsi ilə əlaqədar bu göstərici 409-a çatıb.

Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin məlumatına görə, iyunun 1-dən 30-dək ölkə üzrə 1563 yanğın qeydə alınıb. Bunlardan 612-si meşəlik ərazidə, 951-i kənd təsərrüfatı sahələrində baş verib. Meşə yanğınlarının 499-u kənd təsərrüfatı ərazilərindən meşələrə yayılıb.

Məlumatda Türkiyənin Egey bölgəsində yanğın təhlükəsi riskinin yüksək olduğu bildirilib.

Qeyd edək ki, iyun ayında Türkiyənin bir çox bölgələrində havanın temperaturu 40 dərəcədən yüksək olub. Bu da yanğın riskini artırıb.

Tarix
2025.07.02 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla