Yuxarı

Yanukoviçin Putinlə gizli danışığı üzə çıxdı - Ukrayna parçalanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanukoviçin Putinlə gizli danışığı üzə çıxdı - Ukrayna parçalanır

Yanukoviç Vladimir Putinlə Ukraynanın parçalanması üçün danışıqlar aparıb.

"Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı etibarlı mənbələrinə istinadən yayıb.

Mənbə 21 fevral tarixində Yanukoviçin həqiqətən Xarkova qaçdığını və burada böyük bir toplantı keçirdiyini bildirib. Görüşdə ölkənin şərq vilayətinin rəhbərləri və onu maliyyələşdirən oliqarx Renat Axmetov iştirak edib. Daha sonra toplantıda Vladimir Putinlə telefon bağlantısı yaradılıb. Yanukoviç ölkənin şərq vilayətlərinin ayrıca respublika elan edilməsini təklif etsə də, bu görüş iştirakçıları tərəfindən xoş qarşılanmayıb. Şərq vilayətlərinin bəzi rəhbərləri və Renat Axmetov bu tip müstəqillikdən imtina edib. Daha sonra tək qalan V.Yanukoviç V.Putinin dəvətiylə Moskvaya yollanmaq istəsə də, ona Donetskdə mane olublar. Bu zaman Yanukoviçin korteji Donetskdən cənuba naməlum istiqamətə yollanıb.

Yanukoviçin Krıma getmə ehtimalının da az olmadığı bildirilir. Eks-prezidentin bura gəldikdən sonra birbaşa Rusiyaya getdiyi və hazırda Moskvada olduğu deyilir. Onun məhz burada özünün ölkədən qovulmuş prezident kimi qələmə verəcəyi qeyd edilir. Mənbə Yanukoviçin bu addımının V.Putinin bundan sonra oyuna girib-girməyəcəyi ilə əlaqəli olduğunu deyib. O, Putinin oyuna girəcəyi təqdirdə Ukraynada üç konflikt zonası yaradacağını bildirib."Moskva birbaşa üç istiqamətdə konflikt zonaları təşkil edəcək. Bunlar Krım, Donbas və Dnesteryanı ilə sərhəd bölgələr olacaq. Bununla da ya Rusiya istədiyini yeridəcək, ya da ki Ukrayna bölünəcək".

Qeyd edək ki, hələ də Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin harada gizlənməsi haqqında dəqiq məlumat yoxdur.

Tarix
2014.02.25 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla