Yuxarı

Makronun London səfəri: Səs-küy yaradacaq xəbər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronun London səfəri: Səs-küy yaradacaq xəbər...

Fransa Prezidenti Emmanuel Makronun Londona səfəri bir neçə mühüm nəticə verdi və yəqin ki, ən çox səs-küyə səbəb olan xəbər Fransa ilə Böyük Britaniya arasında nüvə silahı sahəsində birgə alyansın yaradılması oldu. Bu isə Kremlin qulağında avropalıların qarşıdakı illərdə istehsal etməyi vəd etdiyi mərmilərdən və raketlərdən qat-qat daha çox əks-səda doğuracaq.

Axar.az xəbər verir ki, bunu Britaniyanın “Telegraf” qəzetinin köşə yazarı Qamiş de Bretton-Qordon bildirib.

O qeyd edir ki, son həftələrdə bu, Avropanın nüvə müdafiəsi ilə bağlı ikinci önəmli bəyanatdır. Daha əvvəl Britaniyanın müdafiə naziri ABŞ-dan nüvə silahı daşıya bilən F-35A qırıcı təyyarələrinin alınacağını açıqlamışdı, bu təyyarələr ABŞ-ın B61 taktiki nüvə bombalarını daşımaq qabiliyyətinə malikdir.

“Nüvə çəkindirmə mexanizminin effektivliyi paritetə və tarazlığa əsaslanır, lakin son aylar ABŞ prezidentinin Avropa ilə bağlı bəzi şərhləri bu mövqeyi ciddi şəkildə sarsıtdı. Bu isə Kremlə, əgər Rusiya Ukraynada və ya ümumiyyətlə Avropada taktiki nüvə silahından istifadə etsə, ABŞ-ın buna cavab verməyəcəyini düşünmək üçün mesaj ola bilər. Müharibə genişlənəndən bəri Putin və onun bandası daim nüvə hücumu ilə hədələyir. Bu da onların bu məsələni ciddi şəkildə düşündüyünü göstərir”, - Qordon vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron 8 iyulda Londona səfər edib.

Tarix
2025.07.11 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla