Yuxarı

Afinanın Konstantinopol xəyalı: Türkiyə hərəkətə keçməlidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afinanın Konstantinopol xəyalı: Türkiyə hərəkətə keçməlidir

Yunanıstanın Egey və Aralıq dənizində "dəniz parkları" adı altında atdığı addımlar Türkiyə tərəfindən reaksiyalara səbəb olub.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar Mərd İnan qeyd edib.

O bildirib ki, rəsmi Afinanın “ətraf mühitin qorunması” bəhanəsi ilə həyata keçirdiyi dəniz parkı elanları Türkiyənin dəniz səlahiyyətlərini məhdudlaşdırmaq məqsədi daşıyır:

“Hazırda Yunanıstan dəniz yurisdiksiyasının 18,3%-ni qoruma zonasına çevirib və bu göstəricini 32%-ə çatdırmağı hədəfləyir. Xüsusilə İyon dənizində 18 min km², Cənubi Kiklad adalarında isə 8 min km² ərazinin “park” elan edilməsi Yunanıstanın genişlənmə niyyətlərini ortaya qoyur.

Bununla yanaşı, Yunanıstanın İstanbul üçün “Konstantinopol” adından istifadə etməsi və Yunanıstan Baş Qərargah rəisinin İstanbul və Trakyanı “Helen torpaqları” kimi göstərən xəritə ilə "poz verməsi" Türkiyədə geniş narazılıq doğurub”.

Mövzunu şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Həsən Köni bildirib ki, Yunanıstan, Cənubi Kipr və İsrail birgə enerji koridoru yaratmaq məqsədi ilə Türkiyəyə qarşı siyasi, iqtisadi və hüquqi təzyiqləri artırır:

“Türkiyə bu təzyiqlərə qarşı üç istiqamətdə - hüquqi, diplomatik və ətraf mühit sahələrində cavab verməlidir. Ankara öz mövqelərini BMT, UNESKO və Avropa Şurası kimi platformalarda daha fəal şəkildə müdafiə etməlidir”.

Tarix
2025.07.13 / 08:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla