Yuxarı

Rusiyaya ağır zərbə vuran Voroniçi azərbaycanlı qadın öldürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya ağır zərbə vuran Voroniçi azərbaycanlı qadın öldürdü

FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürdü. Qatillərdən biri 34 yaşlı azərbaycanlı qadındır?

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç Kiyevdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) 2 əməkdaşı tərəfindən öldürülüb. Qətl səsboğucu tapançadan istifadə etməklə həyata keçirilib.

Böyük Britaniyanın “standard.co.uk” saytı yazır ki, Vladimir Putinin əmri ilə İvan Voroniçi öldürmək üçün Kiyevə qadın və kişidən ibarət 2 nəfərlik qrup göndərilib. Onlar İvan Voroniçi bir neçə güllə vurublar. O, aldığı yaralardan hadisə yerindəcə keçinib.

O da maraqlıdır ki, qətilərdən biri 34 yaşlı Nərmin Quliyevadır. O, əri Xaqani Gülalizadə ilə birlikdə qətldə iştirak edib. Onlar azərbaycanlıdır.

Britaniya nəşri bildirir ki, İvan Voroniç Rusiyada həyata keçirilmiş məşhur dron hücumunun planını cızanlardan biridir. Həmin hücum zamanı Rusiyaya 7 milyard dollarlıq ziyan dəymişdi.

Sayt bildirir ki, mərhum Voroniç Ukrayna Xüsusi Əməliyyat Mərkəzinin 16-cı İdarəsinin 1-ci bölməsinin böyük əməliyyatçısı idi.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti qatillərin zərərsizləşdirildiyini bildirib.

Tarix
2025.07.14 / 09:00
Müəllif
Elbəyi Həsənli
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla