Yuxarı

Hindistan iki ballistik raket sınağını həyata keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan “Prithvi-II” və “Agni-I” qısamənzilli ballistik raketlərini sınaqdan keçirib.

Axar.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, raket sınaqları ölkənin şərqində yerləşən Odişa ştatının Çandipur poliqonunda Strateji Qüvvələr Komandanlığının nəzarəti altında baş tutub.

“Prithvi-II” və “Agni-I” raketləri Hindistanın strateji arsenalının əsas tərkib hissələrindəndir və yüksək dəqiqliklə zərbələr endirmək üçün nəzərdə tutulub.

Uçuş məsafəsi 250-350 kilometr arasında dəyişən “Prithvi-II” raketi 0,5 tondan 1 tonadək döyüş başlığı daşımaq qabiliyyətinə malikdir. Raket hədəfə yönəltmə üzrə ən müasir texnologiyalarla və raket əleyhinə vasitələrdən yayınma sistemləri ilə təchiz olunub. Onun mühərriki sovet istehsalı olan “V-755” zenit raket kompleksinin bazasında hazırlanıb.

“Agni-I” seriyasına aid ballistik raket isə Hindistan Müdafiə Nazirliyinin idarə olunan raketlərin hazırlanması proqramı çərçivəsində hazırlanıb. Hazırda ölkənin arsenalında bu seriyaya aid dörd raket mövcuddur. “Agni-I” raketinin uçuş məsafəsi 700 kilometrə çatır.

Tarix
2025.07.18 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

Azərbaycan Rusiyada keçiriləcək bu iclasdan imtina etdi

Prezident onlara müraciət ünvanladı

İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar

İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla