Donald Tramp Vladimir Putinə Ukraynadakı müharibə ilə bağlı 50 günlük ultimatum verdikdən sonra avropalılar çox rahatlaşıb və diqqətlərini İsrailin Qəzza zolağındakı hərəkətlərinə yönəldiblər. Amma Rusiya təhlükəsi aradan qalxmayıb və Moskvanın Amerikanın ultimatumuna təslim olmağa hazır olduğuna dair heç bir əlamət yoxdur.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın “Telegraf” qəzetinin köşə yazarı Qamiş de Bretton-Qordon bildirib.
"Dünyanın gözü başqa yerdədir, lakin hazırda planetdəki ən təhlükəli vəziyyət Ukraynadadır”, - Qordon vurğulayıb.
O, xəbərdarlıq edib ki, 50 günlük ultimatum kifayət qədər tez başa çatacaq:
“Biz əmin olmalıyıq ki, sentyabrda müharibənin davamını deyil, Ukrayna üçün ədalətli sülhü müzakirə edəcəyik. İndi müharibəyə lazımi diqqət yetirən yeganə şəxs təəssüf ki, Putinin özüdür”.