Yuxarı

Bu evlərin rəsmiləşdirilməsi məhdudlaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə bəzi hallarda bələdiyyə sənədləri mövcud olsa da, çoxsaylı məhəllələr faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaqları kimi təsnif edilir:

“Yeni qanun layihəsində tikintinin aparıla biləcəyi hallar və növlər müəyyənləşdirilib, lakin bu qaydalar fərdi yaşayış evlərinə aid deyil. Buna görə də, kənd təsərrüfatı təyinatlı torpaqları üzərində inşa edilmiş tikililərlə bağlı yanaşma daha ciddi və fərqli olmalıdır”.

N.Alimova əlavə edib ki, torpaq kateqoriyaları qanuna uyğun olaraq dəyişdirildikdən sonra Abşeron yarımadasında massivləşmiş fərdi yaşayış evləri olan məhəllələrdə sənədləşdirmə prosesi mümkün olacaq:

“Fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə hüquqların rəsmiləşdirilməsi üçün zəruri dəyişikliklər edildikdən sonra qeydiyyat həyata keçiriləcək”.

Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Tarix
2025.07.23 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Belçikanın Bakıya qarşı qətnaməsi İrəvanın əleyhinədir

İran ABŞ esminesinə uzaqlaşmaq əmri verdi – cavab...

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşdü - Video

Dövlət xadimləri adından növbəti saxta açıqlamalar

Bu nazirlikdə mühüm təyinatlar oldu

Niderland Azərbaycana yeni səfir təyin etdi

Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir

Bayramov İsrail səfirini qəbul etdi

Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla