Yuxarı

Rusiyada jurnalistlərə qarşı hücum: polis evinə girib...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu səhər Yekaterinburqda “Ura.ru”nun regional redaktoru İqor Sergeyev saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə sözügedən nəşr məlumat yayıb.

Jurnalist vəkillərinə onun İstintaq Komitəsinin regional idarəsinə aparıldığı barədə məlumat verə bilib. Sergeyevin vəkilləri onun harada olduğunu dəqiq bilmirlər.

Qeyd edək ki, Sergeyev redaktoru Denis Allyarovun işində şahiddir. D.Allyarovun özü barəsində həbs qətimkan tədbiri seçilərək, bir aydan çoxdur ki, istintaq təcridxanasındadır. Jurnalist Sverdlovsk vilayətində baş verən kriminal hadisələr barədə məlumat almaqda şübhəli bilinir. Allayarov işində başqa ittiham yoxdur. Həbsdən əvvəl redaksiyada və bir neçə jurnalistin evində genişmiqyaslı axtarışlar aparılıb və bu zaman Allayarovun hər hansı təqsiri ilə bağlı heç bir sübut tapılmayıb.

Ötən gün “Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov da saxlanılıb.

Həbs təfərrüatını açıqlayan “Baza” təhlükəsizlik qüvvələrinin onun mənzilinə soxularaq telefonunun şifrəsini tələb etdiyini vurğulayıb.

“Səhər saat 9 radələrində dəhşətli səslər eşitdim. Kimsə kiminsə qapısını sındırırdı. Qapıya yaxınlaşdım və gözlükdən baxdım, forma geyinmiş insanları gördüm, söyüş söyürdülər ki, qapını açın. Sonra qapını açıb içəri girib kişini üzü aşağı yıxdılar. Qapını yüngülcə açdım, gördüm ki, daha bir neçə qonşu yaxınlaşıb və uniformalı adamların qışqırdığını eşitdim. Onlar telefonun parolunu tələb edirdilər, onu müxtəlif işgəncələrlə hədələyirdilər ki şifrəni versin. Mənzilə baxdım, əli qandallı bir kişi məni görüb qışqırdı ki, onlara hücum edirlər (mənzildə bir qız da var idi - Qlebin nişanlısı – red.), polisə xəbər edək. O, bir neçə dəfə qışqırdı. Forma geyinmiş adamlar dərhal qapını bağladı və bundan sonra nə baş verdiyini görmədim”, - qonşularından biri kanala bildirib.

Trifonovun həbsindən 14 saat sonra vəkil Aleksey Mixalçikə onunla görüşə icazə verilib. Rusiyanın Moskva Mərkəzi İnzibati Dairəsi üzrə İstintaq Komitəsində “Baza” qəzetinin baş redaktorunun dindirilməsi saat 03:00-da başa çatıb, baxmayaraq ki, Cinayət Prosessual Məcəlləsi həbs olunanların gecə saatlarında dindirilməsini birbaşa qadağan edir. Vəkil qeyd edib ki, Trifonova qarşı 291-ci maddənin 4-cü hissəsi ilə cinayət işi açılıb və istintaq “Baza”nın baş redaktoru ilə polis arasında korrupsiyaya uğramış maliyyə münasibətlərinə dair heç bir sübut təqdim etməyib.

Tarix
2025.07.23 / 14:02
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Belçikanın Bakıya qarşı qətnaməsi İrəvanın əleyhinədir

İran ABŞ esminesinə uzaqlaşmaq əmri verdi – cavab...

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşdü - Video

Dövlət xadimləri adından növbəti saxta açıqlamalar

Bu nazirlikdə mühüm təyinatlar oldu

Niderland Azərbaycana yeni səfir təyin etdi

Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir

Bayramov İsrail səfirini qəbul etdi

Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla