Yuxarı

Simonyan Simonyanı təhqir etdi: Çirkin, rəzil məxluq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Rossiya Seqodnya” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru, rusiyalı təbliğatçı Marqarita Simonyanı “çirkinlərin sirk şousundan çıxan rəzil məxluq” adlandırıb.

Axar.az xəbər verir ki, o, bu barədə X səhifəsində məlumat yayıb.

“Hazırda Rusiya ərazisində fəaliyyət göstərən çirkinlərin sirk şousundan daha bir rəzil məxluq ölkəmizin suveren işlərinə qarışmaqdan əl çəkmir. Erməni köklərinə müraciət edən və YAN ilə bitən soyadından başqa Ermənistan və erməni xalqı ilə heç bir əlaqəsi olmayan şəxs ara-sıra media məkanında peyda olur, Ermənistan rəhbərliyini təhqir edir, xalqı ölkəmizdə mitinqlərə, hökuməti isə devirməyə çağırır. Ölkəni və xalqı təhdid etməklə yanaşı, yalan yayır. Yəqin ki, artıq təxmin etdiniz - olmayan bir sənədlə bağlı naməlum qəzetin mövcud olmayan müəlliflərinə istinad edərək növbəti yalanı yayan Simonyandan danışırıq. Ümumiyyətlə, yuxarıda adıçəkilən sirkdə sanki Olimpiada başlayıb. Bu şüarlar altında: “Daha çox yalan”, “Daha iyrənc”, “Daha alçaq”. Simonyan isə daha bir qızıl medal uğrunda mübarizə aparır”, - o bildirib.

Tarix
2025.07.24 / 12:45
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?

Bakıdan qovulan Ocaqnejad azərbaycanlılarla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla