Yuxarı

ABŞ və AB-nin tarixi razılaşması: Rusiyadan imtina edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və AB-nin tarixi razılaşması: Rusiyadan imtina edilir

Ağ Evin rüsumlarını 30%-dən 15%-ə endirmək üçün Avropa Komissiyası (AK) Rusiyadan gələn neft və qazı tamamilə ABŞ-ın LNG, neft, neft məhsulları və nüvə yanacağı ilə əvəz edəcəyini vəd edib ki, bu da 750 milyard dollar dəyərindədir.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampla görüşündən sonra deyib.

"Sazişə AB-nin böyük həcmdə ABŞ-dan LNG və nüvə yanacağı alması, eyni zamanda Rusiya qazı və neftindən tamamilə imtina etməsi daxildir", - o bildirib.

Leyenin sözlərinə görə, AB ölkələri hələ də çox Rusiya qazı alırlar və Rusiya neft məhsulları AB-yə “arxa qapı”dan gəlir.

O, AB-nin artıq Rusiya resurslarını istəmədiyi fikrini ifadə edib və ABŞ-ın LNG-sinin daha yaxşı olduğunu qeyd edib.

Qeyd edək ki, ötən gün Şotlandiyada baş tutan görüşdə ABŞ və AB arasında ticarət razılaşması barədə razılıq əldə edilib.

Tarix
2025.07.28 / 08:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla