Yuxarı

Trampın verdiyi vaxt bitməmiş Ukraynada dəyişiklik... - Knaysl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın verdiyi vaxt bitməmiş Ukraynada dəyişiklik... - Knaysl

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münaqişənin nizamlanması üçün təyin etdiyi vaxt bitməmiş Ukraynada daxili siyasi dəyişikliklər baş verə bilər. Bu, antikorrupsiya orqanlarının müstəqilliyinin məhdudlaşdırılması qərarından sonra Kiyevin gələcək siyasətinin müəyyənləşdirilməsi zərurəti ilə bağlı olacaq.

Axar.az xəbər verir ki, bunu Avstriyanın sabiq xarici işlər naziri Karin Knaysl bildirib.

“Prezident Tramp tərəfindən qoyulan ultimatum və ya müddətə gəldikdə isə, qarşıdakı 35 gün ərzində çox şey baş verə bilər. Mən düşünürəm ki, bu, Moskva ilə Kiyev arasındakı münasibətlərdən daha az dərəcədə asılı olacaq. Ola bilər, bu, sadəcə fərziyyədir və mən həddən artıq təxmin yürütmək istəmirəm. Bu, sırf Ukraynanın öz qərarı olacaq”, - K.Knaysl vurğulayıb.

Qeyd edək ki, Tramp Rusiya və Ukrayna arasında razılaşma əldə olunması üçün 50 günlük müddət ayırdığını bildirmişdi. Əks halda, o, Moskva və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz ticarət rüsumları tətbiq etmək niyyətindədir. Lakin ötən gün amerikalı lider bu müddəti 10–12 günə qədər azaltdığını bəyan edib.

Tarix
2025.07.29 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla