Yuxarı

Naxçıvanda beynəlxalq festival baş tutdu - Video

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda beynəlxalq festival baş tutdu - Video

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının, muxtar respublikanın müvafiq dövlət qurumlarının dəstəyi “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı VI Beynəlxalq Rəsm Festivalı keçirilib.

Kult.az xəbər verir ki, festivalın açılışında çıxış edən MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Naxçıvan Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyevaya və festivala dəstək duran hər kəsə təşəkkürünü bildirib.

Q.Paşayeva bir festivalın artıq 6-cı dəfə keçirilməsini və onun ənənəvi xarakter daşımasını iştirakçıların, təşkilatçıların, bütövlükdə sənət aləminin festivala verdiyi önəmin ifadəsi kimi şərh edib.

“Festival Ulu öndər Heydər Əliyevin 100 illik əlamətdar yubileyinə həsr olunub. Festivala Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya Federasiyası, Finlandiya və Latviyadan rəssamların qatılması festivala bəslənən yüksək marağı göstərir.

Bəli, “Naxçıvan – bəşəriyyətin beşiyi” festivalı yalnız Naxçıvanın deyil, ümumən respublikamızın mədəni həyatında mühüm hadisədir. Mədəniyyət təsərrüfatımız üçün əlamətdar hadisə olan bu festival, rəssamlarımız üçün geniş yaradıcılıq imkanları açır”, - millət vəkili bildirib.

Tarix
2023.06.08 / 20:46
Müəllif
Kult.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla