Yuxarı

10 yaşlı oğlan quduzluqdan öldü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
10 yaşlı oğlan quduzluqdan öldü

Azərbaycanda quduzluğa yoluxan 10 yaşlı oğlan ölüb.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya deyib ki, Salyan rayonunun Dayıkənd sakini İsmayılov Aqil İlkin oğlunu 20 gün əvvəl təhlükəli yerlərdən-baş, üz, ağzından it dişləyib. R.İsmayılova qeyd edib ki, dişləmə qeydə alınan gün uşaq Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb, müayinələrə başlanıb, iynələri vurulub: "Lakin xəstəliyin inkubasiya (gizli) dövrü qısa olduğuna görə uşaqda immunitet yaranmayıb, nəticədə o, quduzluğa yoluxub. Uşaq Bakıya gətirilib, onun 1 saylı uşaq yoluxucu xəstəxanasında simptomatik müalicəsi aparılıb. Buna baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb və iyulun 7-də vəfat edib. Məlumdur ki, insanda quduzluq qeydə alınırsa, heç bir müalicəsi yoxdur və ölümlə nəticələnir".

R.İsmayılova əlavə edib ki, il ərzində qeydə alınan 17 minə qədər heyvan dişləmələrinin hamısı sağalır. Nadir hallarda inkubasiya (gizli) dövrü çox qısa olur: "Bu uşaqda da inkubasiya dövrü 14 gün olub və artıq əlamətlər başlayıb. Uşaqda immunitet yaranmadığından müalicə kömək etməyib. Bundan əlavə, dişləmə təhlükəli yerlərdən - üz, baş, barmaqlar, yuxarı ətraflardan olduğunda, bunlar beynə yaxın olduğu üçün ölüm daha tez baş verə bilir".

Şöbə müdiri əhaliyə müraciət edərək valideynləri uşaqlarını və özlərini naməlum heyvanlardan qorumağa çağırıb: "Uşaqları sahibsiz buraxmasınlar. Hər hansı bir dişləmə olduqda dərhal həkimə müraciət etsinlər, iynələri sxem üzrə vurdursunlar. Öz heyvanlarını vaxtında peyvənd etdirsinlər".

Qeyd edək ki, bu, 2016-cı ildə qeydə alınan ikinci faktdır. İlk hadisə may ayında Zaqatalada qeydə alınıb. 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacovanı küçə iti dişləsə də, xəstəxanaya müraciət etməyib. Nəticədə P.Turacova Zaqatalada quduzluq xəstəliyindən vəfat edib.

Tarix
2016.07.08 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla