Yuxarı

“Məsuliyyəti anastezioloqun boynuna atmaq istəyirlər”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məsuliyyəti anastezioloqun boynuna atmaq istəyirlər”

"Bu işdə hər hansı razılaşdırmaya gedən müstəntiq və ya prokurorun cəzalandırılmasını tələb edəcəyəm".

"Axar.az"ın xəbərinə görə, bunu Modern.az-a jurnalist Anar Niftəliyev deyib. Sentyabrın 20-də Bakıdakı "MediSina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinmiş tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı bildirib ki, onda olan məlumata görə, əməliyyatda iştirak edən 3 həkimdən yalnız biri – anestezioloq özünə vəkil tutub.

"Ekspertizanın yekun rəyində göstərilən nəfəs çatışmazlığı məsələsi ayın sonunda aydınlaşdırılacaq və həkimlərin nə qədər təqsirkar olduğu müəyyən olunacaq. Özlüyümdə yekun rəydən narazı deyiləm. Burada birbaşa həkim məsuliyyətsizliyi və səhlənkarlığı bir daha təsdiqlənib. Bütün analizlər ümumiləşdirilib komission rəyə təqdim edildi. Ümid edirəm ki, komission rəydə də ədalət gözləniləcək həkimlərin məsuliyyəti göstəriləcək. Məni narahat edən bir çox məsələ var ki, hazırda onları dəqiqləşdirirəm. Məsələn, əməliyyatda iştirak edən 3 həkimdən yalnız biri özünə vəkil tutub. Vəkil bildirib ki, digər iki həkim hansısa formada öz problemlərini həll ediblər. Yəni bütün məsuliyyəti anastezioloqun boynuna atmaq istəyirlər. Faktı dəqiqləşdirməkdən ötrü araşdırmalara başlamışam. Təbii ki, araşdırmalarım tamamlanan kimi bunlar öz təsdiqini taparsa, cinayət işinin Nəsimi rayon Prokurorluğundan alınıb Bakı şəhər Prokurorluğuna, ya da Baş Prokurorluğuna verilməsini istəyəcəyəm".

Ailəsinə itki üz vermiş teleaparıcı Afət Telmanqızı da deyir ki, qardaşının həyat yoldaşı Pərvinə Hüseynovanın ölümünə həkim səhlənkarlığı səbəb olub. A.Telmanqızı artıq müvafiq orqanlara müraciət etdiyini bildirir. "Amma müraciətimizə hələ ki, heç bir cavab verilməyib. İndi onlardan cavab gözləyirik".

Tarix
2013.11.05 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla