4 ildir qaraciyər serrozundan əziyyət çəkən Ülviyyə
Sadıqova əməliyyat üçün maddi dəstək axtarır.
Bu barədə Ülviyyənin qardaşı Telman Sadıqov "Axar.az"ın
redaksiyasına gələrək məlumat verib. O bildirib ki, bacısına özü
donorluq edəcək, amma əməliyyat üçün külli miqdarda pul lazımdır.
"Bacıma donorluğu mən edəcəyəm, ancaq əməliyyat üçün 45 min manat
pul lazımdır. Ombudsman Elmira Süleymanova Mərkəzi Neftçilər
Xəstəxanasından xahiş edəndən sonra xərclər 10 faiz azaldılıb, indi
40.500 manat pul tələb olunur. Adının açıqlanmasını istəməyən bir
iş adamı da xərclərin yarısını öz üzərinə götürüb. İndi 22 min
manat pul lazımdır"
T.Sadıqov bildirdi ki, bacısı
həkim məsuliyyətsizliyinin qurbanı olub:
"2 il Yevlax Mərkəzi Xəstəxanasında mədə-bağırsaq adı ilə çoxlu
dərmanlar yazılıb və vurulub. Bakıda həkimlər dedilər ki, bu
dərmanlar əks-reaksiya verib və xəstəliyin bu səviyyəyə gəlib
çatmasının səbəbi də odur".
T.Sadıqov dedi ki, hətta evlərini satışa da çıxarıblar, amma
evin xəstə üçün satıldığını eşidən alıcılar onu almaqdan imtina
edir.
Evlərini sata bilmədikdə mənzili banklardan birində girov qoyub
kredit almaq istəyən ailənin bu arzusu da baş tutmayıb.
T.Sadıqov media vasitəsilə həkim qurbanına çevrilən gənc
bacısının həyatını xilas etmək üçün hamıdan yardım istəyir.
Ü.Sadıqovaya dəstək olmaq istəyənlər üçün bank hesablarını
xatırladırıq:
Bank: Azərbaycan Beynəlxalq Bankı, Nəqliyyat filalı
KOD: 805711
M/H: AZ03NABZ01350100000000002944
SWIFT: IBAZAZ2X
VÖEN: 990001881
Ünvan: S.Rəhimov k.-138
Hesab nömrəsi:
AZ85IBAZ 33801019449118899205 (AZN)
(+99412) 596 22 35
(+99412) 448 19 55
(+99412) 596 71 18
Qeyd edək ki, Mərkəzi Neftçilər xəstəxanasının bank-rekvizitləri
göstərilən hesaba pul yatırarkən xəstəlikdən əziyyət çəkən Ülviyyə
Sadıqovanın adını qeyd etməyi də unutmayın.