Davamlı olaraq yorğunluq halı, əsəbilik, üşənmə,
unutqanlıq, pessimizm, çox yemək istəyi hallarını yaşayırsınızsa,
səbəb B12 vitamini çatışmazlığı ola bilər.
Axar.az xəbər verir ki, B12 vitamininin çatışmazlığı insanda bir
çox problemlərə yol açır.
B12 vitaminini qəbul etdiyimiz qidalar vasitəsilə bərpa etmək
olur. B12-nin az qəbulu, yaxud mədə xəstəlikləri bu vitamininin
çatışmazlıq səbəblərindəndir.
Bədən üçün önəmli olan B12 vitamini ilə bağlı
məlumatlar:
1.B12 vitamini hüceyrə yaşlanmasının qarşısını alır.
2.Əsəb hüceyrələrini bərpa edir.
3.Ürək damar xəstəliklərinə, infakt və yüksək təzyiqə qarşı
bədəni qoruyur.
4.B12 vitamini eyni zamanda karbohidratları enerjiyə çevirir,
yağı azaldır.
5.B12 bədən enerjisini artırdığı üçün halsızlıq və yorğunluğun
qarşısını alır. Bu isə yemək istəyini azaldır.
6. Karbohidratları enerjiyə çevirərək şəkər istifadəsini
yaxşılaşdırdığı üçün beyinin ehtiyacı olan şəkər maddələr
mübadiləsini tənzimləyərək unutqanlığı əngəlləyir.
7. Prostat, yoğun bağırsaq, ağciyər və döş xərçəngi
xəstəliklərinə qarşı qoruyucu təsiri var.
8.Bu vitamin sağlam saç, dəri və dırnağın təməl ehtiyacıdır.
Yeni hüceyrələrin əmələ gəlməsini və dərinin davamlı yenilənməsini
təmin edir.
B12 vitaminini düzgün şəkildə necə qəbul etmək
olar?
1.İldə azı bir dəfə terapevt həkimə gedib, B12 səviyyəsini
ölçdürün;
2.Qırmızı ət, ciyər, balıq, istiridyə, midyə (molyusk) kimi
dəniz canlıları, qatıq, pendir və yumurta kimi heyvandarlıq
məhsullarında B12 vitamini kifayət qədərdir;
3. B12 vitamininin bədəndə həzmini əngəlləyəcək narahatlığınız
varsa, həkim nəzarətində B12 qəbulunu ya ağızdan, ya da inyeksiya
müalicəsi kimi edə bilərsiniz.
B12 vitamininin qidalar xaricində dərman, yaxud iynələrlə qəbulu
insanı kökəltmir.