Yuxarı

Oynaqların “duzlaşma”sından necə xilas olaq? - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Podaqra - oynaqların xroniki iltihab xəstəliyidir. Bu xəstəlik insanlar arasında “duzlar” (duzlaşma) kimi də tanınır.

Oynaqlarda sidikturşulu duzların çöküntüyə uğraması nəticəsində yaranır və maddələr mübadiləsinin pozulması ilə inkişaf edir.

Podaqra romatizmal xəstəlikdir. Digər xəstəliklərdən fərqli olaraq, zaman-zaman ortaya çıxır və ayaq baş barmağındakı iltihabla özünü büruzə verir. 40-65 yaş arası insanlarda isə daha çox müşahidə olunur.

Xəstəliyin səbəbi urik turşu miqdarının qan və toxumalarda artmasıdır. Xroniki böyrək iltihabı olanlarda, o cümlədən, sidikqovucu dərman vasitələrindən istifadə edənlərdə qandakı urik turşu miqdarı artır. Bu da podaqranın yaranmasına səbəb olur. Bununla bərabər, bəzi xəstəliklər də podaqranın yaranmasında mühüm rol oynayır. Bunlar şəkər, yüksək təzyiq, köklük və s. ola bilər. İrsi amillər də sözügedən xəstəliyin yaranmasında yüksək risk faktoru hesab olunur.

İlk əlamət özünü oynaqlarda ağrı və şişkinliklə göstərir. Hərəkətdə ani məhdudiyyət yaranır. Ovuc içlərində, barmaq uclarında şişlər meydana gəlir. Ağrılar adətən gecə və səhər saatlarında intensivləşir. Zədələnmiş oynaq şişir, nahiyədə temperatur qalxır, dəri qızarır və parıltı əmələ gəlir. Podaqranın ağırlaşması podaqralı artrit xəstəliyinin yaranmasına səbəb olur, böyrəklərdə urat (sidikturşulu duz kristalları) daşları əmələ gəlir. Bir müddətdən sonra isə öz funksiyasını tamamilə itirir.

Xəstəliyin müalicəsinə gəlincə isə podaqra çətin müalicə olunan və asanlıqla yenidən bərpa olunan xəstəlik hesab olunur. Pəhrizin pozulması belə yenidən əzabverici ağrıların baş qaldırmasına gətirib çıxara bilir.

İsveçrə, İtaliya, Almaniya, Belçika, Rusiya və Ukrayna kimi səhiyyəsi inkişaf etmiş ölkələrdə biotənzimləyici təbabət metodlarından istifadə etməklə podaqra uğurla müalicə olunur. Azərbaycanda xarici mütəxəssislərin iştirakı ilə ildə bir neçə dəfə konfrans və seminarlar təşkil olunur, biotənzimləyici təbabətlə məşğul olan həkimlər bu sahənin incəliklərinə yiyələnirlər.

Son illər biotənzimləyici təbabətin bütün sahələri inkişaf edib. Müalicəsi mümkün olmayan xəstəlikdən belə bioloji təbabət üsulu ilə asanlıqla canımızı qurtarmaq mümkündür.

Ölkəmizdə podaqra xəstəliyindən əziyyət çəkən bir çox pasiyent bu üsulla xəstəlikdən tamamilə qurtulub. Orqanizmin özünübərpa və özünütənzimləmə sistemləri, eləcə də maddələr mübadiləsinin bərpa olunması ilə xəstəliyin öhdəsindən gəlmək mümkündür. Bu gün Azərbaycanda təkmilləşmiş drenaj və xüsusi dərman preparatları ilə podaqra xəstəliyində uğurlu nəticələr əldə olunub.

Müalicədən əvvəl

Müalicədən sonra

Tarix
2017.04.25 / 13:13
Müəllif
Axar.az
Oxunub
14 866
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla