Yuxarı

Baş beyinin effektli müayinə üsulu - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş beyinin effektli müayinə üsulu - Video

Elektroensefaloqrafiya (EEQ) - baş beynin bioelektrik aktivliyini qeyd etməklə, qeyri-invaziv müayinə üsuludur. Bu həssas üsul baş beyin qabığının və beyinin dərin strukturlarının cüzi funksional dəyişkənliyini əks etdirir.

Axar.az xəbər verir ki, EEQ baş beyinin funksional vəziyyətinin və qıcıqların təsirinə qarşı reaksiyasının keyfiyyət və kəmiyyət analizini etməyə imkan verir. Bu müayinə üsulunun aparılmasına heç bir əks-göstəriş yoxdur. EEQ epilepsiya və baş beyinin digər patologiyalarının diaqnozunda geniş tətbiq edilir.

Elektroensefaloqramma elektroensefaloqraf cihazi ilə qeyd edilir, xüsusi elektrodlar pasiyentin başının dərisinə qoyulur. Elektroensefaloqrammanın açıqlanması əsasında nevropatoloq yaxud neyrofizioloq rəy verir.

Bu müayinə nə vaxt aparılır?

Yuxusuzluq

Qıcolma

Epilepsiya

Kəllə-beyin travmaları

Ensefalit, meningit

Vegeto-damar distoniyası

İnsultdan sonrakı vəziyyət

Baş ağrıları

Başgicəllənmələr

Xroniki yorğunluq

Diensefalik kriz

Panik həmlələr

Autizm

Kəkələmə

Nitq inkişafının ləngiməsi

Müayinəyə hazırlıq

Müayinədən 12 saat əvvəl kofeinli və energetik içkilər (tərkibində psixostimulyator var) qəbul etmək olmaz.

Baş yuyulmalı və bundan sonra hər hansı vasitələrdən istifadə edilməməlidir.

Müayinədən yarım saat əvvəl qida qəbul etmək lazımdır.

Sakit vəziyyətdə olmalı.

Müayinəni aparmaq olmaz:

əgər pasiyent avtomobili şəxsən özü idarə edərək gəlmişsə;

kəskin respirator virus infeksiyaları zamanı.

Qeyd edək ki, hazırda Bioloji Təbabət Klinikasında EEQ müayinə metodu həyata keçirilir və nəticələr yüksək ixtisaslı həkim-nevroloqlar tərəfindən qiymətləndirilir.

Ünvan: Bakı, Nəsimi, Seyid Cəfər Pişəvəri-110

Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89

Tarix
2017.06.22 / 02:18
Müəllif
Turanə Məmmədli
Oxunub
8 578
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla