Yuxarı

Sətəlcəm xəstəliyi niyə geniş yayılıb? – Təhlükə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə pnevmoniya (sətəlcəm) xəstəliyi geniş yayılıb. Səbəb kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir.

Axaraz xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil: “Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarda paytaxt Bakı ilə müqayisədə xəstəliyin yayılması geniş vüsət alıb. Kəskin pnevmoniya ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur”.

Professor bildirib ki, kəskin pnevmoniya uşaqlarda və ahıl insanlarda daha ağır formada keçir. Bu səbədən diqqətli olmaq lazımdır:

“Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölümə səbəb olan 4 xəstəlikdən biri də kəskin pnevmanyadır. Ürək-damar, onkoloji xəstəliklər və zədələrdən sonra kəskin pnevmaniya xəstəliyi də ölümlə nəticələnə bilər”.

Tarix
2017.11.14 / 01:08
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla