Yuxarı

Valideynlərə xəbərdarlıq: Bu epidemiya sürətlə yayılır - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı qızılca xəstəliyi ilə bağlı valideynlərə müraciət edib. Uşaqların qızılcaya qarşı peyvənd olunmaması onların həyatı bahasına başa gələ bilər. Xüsusilə 5 yaşınadək uşaqların qızılcaya qarşı peyvənd olunması vacibdir.

Axar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, əgər qızılca əleyhinə peyvənd edilməzsə hər 10 uşaqdan biri ölə bilər. Bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatı valideynlərə xəbərdarlıq edib. Xüsusilə 5 yaşınadak uşaqlarda bu epidemiyaya yoluxmaq riski yüksəkdir.

Mütəxəssislər bildirir ki, əgər qızılca əleyhinə peyvənd edilməyən uşaqların sayı çox olarsa bu epidemiya sürətli yayıla və uşaqların sağlamlığına ciddi zərər vura bilər.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən hər il qızılcadan təxminən150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Valideynlər bir neçə əlamətə diqqət etməklə uşağın qızılcaya yoluxub-yoluxmadığını aşkar edə bilərlər.

Onu da qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərində yanvarın 1-dən etibarən uşaqların sürətlə qızılcaya yoluxması baş verib. Bu isə şəhərdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olub. Qızılcaya qarşı peyvənd olunmayan uşaqların bağça və məktəblərə buraxılmasına isə qadağa qoyulub.

Tarix
2018.01.15 / 00:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla