Yuxarı

“Medi Sina”nın baş həkimi Elnarə Tofiqqızının ölüm səbəbini açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı dünyasını dəyişən tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm səbəbini araşdırmaq üçün adı çəkilən tibbi mərkəzində olduq. Baş həkim Abbas Bağırov iş yerində olmadığı üçün, onunla telefon əlaqəsi saxladıq. Baş həkimə ünvanladığımız – "Əməliyyata kim icazə verib, neçə həkim əməliyyatda iştirak edib, ölümə səbəb olan amil hansıdır?" kimi suallarımıza A.Bağırov belə cavab verdi:

Bu cür yüngül əməliyyatda ölüm halı çox pisdir

"Şayiə yayırlar ki, guya baş həkim hadisədən sonra qaçıb-gizlənir. Bu, tamamilə yanlış informasiyadır. Həmin hadisə mənim özümə də çox pis təsir edib. Ciddi bir əməliyyatda ölüm halı yaşansa, mənə bu qədər təsir etməzdi. Bu cür yüngül bir əməliyyatda gənc qadının həyatını itirməsi çox acınacaqlıdır. Həmin gün əməliyyatda üç həkim iştirak edib. Baş həkim -cərrah Mahir Məmmədov, asissent Fərəcullah İdrisov və anestezioloq Sirus İbrahimov. Hadisədə xüsusilə anestezioloqun səhvinin olması istisna deyil. Bununla belə, ölüm halının baş verməsinə müxtəlif səbəblər təsir edə bilər. Dəqiq nəticə Məhkəmə-Tibbi ekspertizasının yekun rəyindən sonra məlum olacaq. İlkin rəydə anestezioloqun səhvinin mövcudluğu göstərildiyinə görə, o, artıq bizim klinikadan azad edilib. Əməliyyata kim tərəfindən icazə verilməsinə gəldikdə, onu deyə bilərəm ki, həmin ərəfədə mən özüm də əməliyyat olunmuşdum. Xəstənin əməliyyatının bu klinikada baş tutması üçün razılıq anestezioloqla Mahir Məmmədovun danışığı nəticəsində əldə olunub. Hazırda Elnarə Niftəliyevanın dünyasını dəyişdiyi əməliyyat otağının qapısı istintaq qrupu tərəfindən möhürlənib".
Məlumat üçün qeyd edək ki, əməliyyatda iştirak edən əsas həkim-cərrah Mahir Məmmədov Hərbi Hospitalın Onkologiya şöbəsinin müdiridir, əməliyyatda asissent olan Fərəcullah İdrisov Ə.Topçubaşov adına Elmi-Tədqiqat Mərkəzinin həkim-cərrahı, anestezioloq Sirus İbrahimov isə hadisə baş verən tibb mərkəzinin müqaviləli işçisi olub.

Prokurorluq "MediSina" Klinikasını möhürlədi

Qapısının möhürləndiyi deyilən əməliyyat otağının şəkilini çəkmək istəsək də, qeydiyyat şöbəsində əyləşən xanım içəri daxil olmağımıza icazə vermədi. Hətta həmin otağın qapısının möhürlü olub-olmadığına baxmağa da mane oldu.

Nəsimi rayon prokurorunun köməkçisi, E.Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işinin istintaq qrupunun üzvü İsmayıl Rövşənov də istintaq getdiyi üçün klinikada əlavə çəkilişlərə imkan verilmədiyini təsdiqlədi: "Orada istintaq gedir və heç bir çəkilişə icazə verilmir".

Həkimlər iş başındadır?

"MediSina" klinikasının baş həkimi A.Bağırovun da dediyi kimi, çox yüngül bir əməliyyat zamanı gənc qadının ölümünə bais olan həkimlər hazırda nə işlə məşğuldurlar? Onlar nəzarətə götürülüblərmi və ya istintaq getdiyi müddətdə müvəqqəti olaraq cərrahiyyə əməliyyatlarından kənarlaşdırılıblarmı?

Suala aydınlıq gətirmək üçün E.Topçubaşov adına Elmi Tədqiqat Mərkəzi və Hərbi Hospitalın Onkologiya şöbəsi ilə əlaqə saxladıq. Qəbul şöbələrindən aldığımız məlumatda hər iki həkimin öz işini davam etdirdiyi bildirildi.

Bu cür faciəli insan ölümündə adları hallanan həkimlərin niyə hələ də əməliyyatlardan kənarlaşdırılmaması düşündürücü məqamdır. Onların səhlənkarlığı insan ölümünə səbə olursa, niyə istintaq müddətində bu həkimlərin fəaliyyətinə məhdudiyyət qoyulmayıb?

Prokurorluq səlahiyyət sahibi deyil

Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətindən Günel Əkbərova bildirdi ki, hadisə ilə bağlı 25 sentyabr tarixində CM-nin 314.2 maddəsi ilə cinayət işi açılıb: "Ekspertizanın rəyindən sonra həkimlərin günahı sübut olunsa, onlar məsuliyyətə cəlb olunacaq və onları 5 il müddətinə azadlıqdan məhrumolma cəzası gözləyir. O ki qaldı həkimlərin hələ də iş başında olmasına, bu, Səhiyyə Nazirliyinin səlahiyyətindədir, işdən kənarlaşdırılma yalnız onların qərarı ilə baş tuta bilər, prokurorluğun istintaq müddətində belə qərar verməyə səlahiyyəti yoxdur".

Səhiyyə Nazirliyi araşdırmada maraqlı deyil

Səhiyyə Nazirliyinin sözçüsü Səfayə Əhmədova dünən sorğumuza cavab olaraq bildirdi ki, bütün suallarımızı araşdırıb, növbəti gün ətraflı məlumat verəcək. Bu gün isə S.Əhmədova qeyd etdi ki, geniş məlumat üçün heç bir bilgisi yoxdur və əslində, belə hallarda hansı addımların atılması barədə də səhih söz deyə bilməz: "Adətən, ekspertizanın yekun rəyindən sonra Səhiyyə Nazirliyi konkret qərar qəbul edir. İndiki halda isə dəqiq bir söz deyə bilmərəm".

Tarix
2013.09.24 / 15:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla