Yuxarı

13 günə 8 kq arıqlayın - Yapon dietası

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən geniş tətbiq olunan dietalardan biri də yapon dietasıdır. Bu dietanın 13 günlük müddəti ərzində ilkin çəkiyə uyğun olaraq 8 kq arıqlamaq mümkündür.

Axar.az Tibb.az-a istinadla xəbər verir ki, Yaponiyanın "Yaeks" klinikasında hazırlanmış bu dieta insan orqanizmində maddələr mübadiləsini tənzimləyərək, insanın uzun müddət çəkisinin artmasının qarşısını alır. Yapon xarakterinə uyğun olaraq, bu dieta insanın gündəlik menyuya ciddi yanaşmasını tələb edir. Dietanın 13 günü ərzində şəkər, duz, alkoqol və un məmulatlarından istifadə etmək qadağandır. Gün ərzində qida qəbulu arası qeyri-məhdud miqdarda qaynadılmış və ya qazsız mineral su içmək olar. Dietanı ilk istifadədən yalnız 2-3 il sonra təkrar istifadə etmək olar. Dietanın gündəlik rejimi isə belədir:

1-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 2 soyutma yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat şirəsi.

Şam: qızardılmış və ya suda qaynadılmış balıq.

2-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxarı.

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı (günəbaxan yağında).

Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st. qatıq.

3-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxarı.

Nahar: günəbaxan yağında qızardılmış balqabaq.

Şam: 2 soyutma yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında).

4-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 1 soyutma yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.

Şam: meyvə.

5-ci gün

Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon şirəsi ilə).

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.

Şam: meyvə.

6-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.

Şam: 2 soyutma yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).

7-ci gün

Səhər yeməyi: çay.

Nahar: 200 qr. suda qaynadılmış mal əti, meyvə.

Şam: digər günlərin şam yeməklərindən istifadə etmək olar (3-cu gün istisna olmaqla).

8-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 0.5 litr suda qaynadılmış toyuq, kök və ya kələm salatı.

Şam: 2 soyutma yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).

9-ci gün

Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon şirəsi ilə).

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.

Şam: meyvə.

10-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.

Şam: meyvə.

11-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxarı.

Nahar: günəbaxan yağında qızardılmış balqabaq.

Şam: 2 soyutma yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında).

12-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxarı.

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı (günəbaxan yağında).

Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st. qatıq.

13-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 2 soyutma yumurta, kələm salatı (günəbaxan yağında), 1 st. tomat şirəsi.

Şam: qızardılmış və ya suda qaynadılmış balıq.

DİQQƏT! Əgər siz hər hansı günün rejimini pozsanız, bu nəticəyə də təsir göstərəcək. Bir ərzağı digəri ilə dəyişmək də mümkündür. Məsələn, əgər siz qəhvə içmirsinizsə, onu yaşıl çayla, qaynadılmış kökü çiyi ilə, balqabağı isə badımcanla əvəz edə bilərsiniz. 13 günlük dieta müddəti bitəndən sonra gündəlik qidanızın miqdarını tədricən artırın.

İstənilən dietaya başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Tarix
2018.07.25 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla