Yuxarı

Burnunu əməliyyat etdirdi, ayaqlarını kəsdilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Burnunu əməliyyat etdirdi, ayaqlarını kəsdilər

Burun əməliyyatı üçün xəstəxanaya gedən qadın hər iki ayağını itirməli olub.

Axar.az xəbər verir ki, hadisə İstanbulda baş verib. Belə ki, ailəli və bir uşaq anası olan Sevinc Çelik adlı gənc xanım burnunu estetik əməliyyat etdirmək üçün xəstəxanaya gedib.

Özəl xəstəxanaların birində əməliyyat olunan 25 yaşlı qadın bir müddətdən sonra evə buraxılıb, ancaq əməliyyatdan xeyli vaxt keçməsinə bvaxmayaraq, sağalmayıb. Daha sonra isə ayaqlarında problem yaranıb.

Müayinələrdən sonra məlum olub ki, qadın burun əməliyyatı zamanı xəstəxanada infeksiyaya yoluxub və bu onun bütün orqanizminə yayılıb.

Həyati təhlükəsi olan bu infeksiya səbəbindən qadın ölmə həddinə çatıb. Lakin həkimlər gəzmə qabiliyyətini tamamilə itirən qadının ayaqlarını amputasiya edərək infeksiyanın yayılmasının qarşısını alıblar.

Hər iki ayağını itirən gənc ana həkimləri və xəstəxananı məhkəməyə verib.

Tarix
2014.09.27 / 19:43
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla