Yuxarı

Yanıq Mərkəzi baş həkiminin alovlu çıxışının - Şok səbəbi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanıq Mərkəzi baş həkiminin alovlu çıxışının - Şok səbəbi

Respublika Yanıq Mərkəzi müdirinin səs-küylü istefası ilə bağlı yeni məlumat var.

Axar.az-a Mərkəzdəki qaynaqdan daxil olan xəbərdə iddia olunur ki, vəzifəsindən istefa verən Vüqar Ələkbərovun gedəcəyi qabaqcadan gözlənilirdi. Sabiq baş həkimin istefasından sonra verdiyi heyrətamiz açıqlama da əvvəlcədən hesablanıb.

Mənbənin qeydlərinə görə, V.Ələkbərov onun postuna yeni rəhbər təyin olunacağından xəbərdar olub və dərhal bu addımı atıb: "Sabiq rəhbərin fəaliyyəti bəzilərini qane etmirdi. Onun fəallığı, tələbkarlığı, iclaslarda problemləri qaldırması, avadanlıq təchizatı ilə bağlı istəkləri bəzilərinin xoşuna gəlmərdi, Ələkbərovun yerinə təyinat olacaqdı. O da bunu əvvəlcədən bildiyi üçün sensasion və səs-küylü açıqlama ilə çıxış etdi. Əslində, həqiqətən də Mərkəzdə vəziyyət ürəkaçan deyil. Yanıq Mərkəzi fəaliyyətə başladığı vaxtdan maddi-texniki təchizat, tibbi avadanlıqla təmin olunması yüksək səviyyədə olmayıb".

Mərkəzin keçmiş müdirinin fəaliyyətini bəyənməyənlərin kimliyi haqda redaksiyamıza xəbər verilsə də, onların adlarını dəqiqləşdirmədən qeyd etmək etik deyil.

Qaynağımız qeyd edir ki, V.Ələkbərovla bağlı gərginlik davam edir.

Səhiyyə Nazirliyi isə V.Ələkbərovun verdiyi açıqlamaya münasibət bildirib. Nazirliyin mətbuat katibi Anar Qədirli Lent.az-a açıqlamasanıdan deyib ki, keçmiş müdirin dedikləri cəfəngiyyatdır:

"Həmin tibb müəssisəsi də hər bir tibbi və digər zəruri ləvazimatla təchiz olunub. Nazirlik tibb müəssisələr arasında ayrı-seçkilik etmir".

Modern.az-a açıqlama verən V.Ələkbərov Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefasına səbəb kimi işlədiyi mərkəzdə özbaşınalığın hökm sürdüyünü deyib:

"Hətta xəstələrə aid çamaşırları öz hesabıma yuduzdururdum. Belə bir yerdə adımın ləkələnməməsi üçün istefa ərizəmi yazdım. Mən baş verən rəzilliyə dözmədim".

Mərkəzin yeni rəhbəri isə Şöhrət Məmmədov təyin edilib.

Xatırladaq ki, bu il 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin adı və statusu dəyişdirilib. Xəstəxanada aparılan struktur və kadr dəyişikliyi nəticəsində yanıq şöbəsi Respublika Yanıq Mərkəzinə çevrilib.

Tarix
2014.10.21 / 23:19
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla