Yuxarı

Qurda görə bahalı dərmana ehtiyac yoxdur - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azyaşlı uşağa eyni zamanda bir qurda görə ağır 3 siropun yazılması hallarına da rast gəlmişik. Bəli qurd invaziyaları xoş hal deyil, orqanizmə zərərdir, müalicə olunmalıdır, amma bunun üçün aylarla həkim gəzib, bir aptek dərman qəbul etməyə ehtiyac yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Elmed Tibb Mərkəzinin həkim parazitoloqu Ülkər Allahverdiyeva deyib. O bildirib ki, parazit və qurdların cəmi 2-3 preparatla qısa müddətə effektiv müalicəsi mümkündür:

“Elmed Tibb Mərkəzində qurd invaziyaları həm laborator analizlər – qan, nəcis, yaxma, həm də müasir və asan, daha effektiv metod olan maqnit rezonans müayinəsi ilə diaqnoz olunur. Bu aparatla 1 yaşından başlayaraq bütün yaş qruplarında pasiyentlərdə 20 dəqiqənin içində orqanizmdə hansı qurd və parazitlərin olması barədə məlumat əldə edilir. Qudların qanla təyini dəqiq məlumat vermir. Nəcislə analiz üçünsə bir neçə dəfə analiz materialı verilməli, üstəlik bu analiz qısa müddətə klinikaya çatdırılmalıdır. Xəstələr üçün bir neçə dəfə analizdən keçmək vaxt və maddi baxımdan çətin olduğu üçün kompüter maqnit rezonans üsulu çox köməyimizə çatır.

Müalicə isə ən müasir preparatlarla təyin olunur. Çox zaman yanımıza digər klinikalarda dəfələrlə müalicə almış uşaqlar, böyüklər gəlir. Onlara təyin olunan reseptlərə baxdıqda dəhşətə gəlirik. Çünki cəmi 2 ucuz dərmanla başa gələcək müalicə 200-300 manatlıq bahalı dərman və siroplarla əvəzlənib.

Həkim xəstələrin özləri tərəfindən qurdların, xüsusən iri lentvari qurdların bağırsaqlardan xaric olmasının şahidi olduqlarını da bildirib:

"Çox zaman dərman müalicəsi ilə yanaşı bağırsaqların yuyulması – hidrokolonterapiya da təyin edirik. Bizim klinikada bu, tətbiq olunur. Çünki dərmandan sonra hissələrə parçalanmış, ölmüş qurd və yumurtaların bağırsaqlardan yuyulub çıxarılması da lazım olur. Ümumiyyətlə, hidrokolonterapiya çox xəstəliklər üçün faydalıdır”.

Qeyd edək ki, Elmed klinikasında askarid, toksoplazma, amöb, lyambliya, bizquyruq, lentvari qurdların müayinə və müalicəsi aparılır.

Əgər sizdə bu əlamətlər varsa, qurd invaziyasından şübhələnib, həkimə müraciət edə bilərsiz:

-Həzmin pozulması, qarnın köpməsi, qazlar

-Qarında ağrı, sancı, anusda ağrı, qaşınma, yanma

-Əzələ və oynaqlarda iltihab, ağrı

-Dəridə qaşınma, qızarma

-Səbəbsiz yorğunluq, halsızlıq, saçların tökülməsi

-Qanda hemoqlobinin azalması

-Psixi gərginlik, həyəcan, dişlərin qıcaması, yuxusuzluq

-Heç bir ciddi xəstəlik tapılmadığı halda özünü pis hiss etmək

Elmed Klinikası

Binəqədi rayonu, Mir Cəlal küçəsi 51

Tel: 012 431 13 77

050 569 13 77

Tarix
2018.11.28 / 18:06
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla