Yuxarı

Sabiq YAP-çı deputatdan qalmaqallı həkimə iş təklifi - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq YAP-çı deputatdan qalmaqallı həkimə iş təklifi - Foto

Vəzifəsindən istefa vermiş Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərova sabiq YAP-çı deputatdan iş təklifi gəlib.

Axar.az xəbər verir ki, V.Ələkbərova iş təklif edən keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov olub. O, bununla bağlı Feysbuk sosial şəbəkəsində yazılan bir statusu şərh edərkən bildirib.

N.Məmmədov əvvəlcə V.Ələkbərovun nə üzrə mütəxəssis olduğunu soruşub. Onun plastik və dekonstruktiv cərrah olduğu cavabını aldıqdan sonra isə "gəlsin, iş verək" cavabını yazıb.

Bununla bağlı N.Məmmədovun özü ilə də əlaqə saxladıq. Sabiq YAP-çı deputat Axar.az-a açıqlamasında klinikasında peşəkar həkimlərə həmişə yer olduğunu bildirdi:

"Vüqar Ələkbərov peşəkar həkimdir. Hər kəs də tanıyır onu. Bütün klinikalar kimi, mənim klinikamın da onun kimi peşəkar həkimə ehtiyacı var. Özünün arzusu, istəyi olsa, əlbəttə ki, bizimlə çalışmasını istəyərik. Sosial şəbəkələrdə onunla bağlı çox yüksək fikirlər söyləyirlər. Mən də bunları görüb təklif etdim ki, gəlib bizim klinikada işləsin. Əlbəttə ki, o bizimlə işləməyə hazırdırsa, buna məmnun olarıq".

Tarix
2014.10.23 / 17:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla