Yuxarı

Əzgillə bağlı bunları bilməlisiniz: İnanılmaz fayda...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əzgilin sağlamlığımız üçün bir çox faydaları var.

Axar.az Saglamolun.az-a istinadən xəbər verir ki, əzgil A, C, B qrupu vitaminləri, kalium, maqnezium, marqans, fosfor, dəmir, pektinlər və qidalı liflərlə zəngindir.

Əzgil ürək və damarlar üçün çox faydalıdır. Bunun səbəbi əzgilin tərkibində kalium və maqneziumun olmasıdır. Bu 2 maddə ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyə düşən gərginliyi azaldır, təzyiqi normallaşdırır, xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir.

Əzgilin tərkibində olan pektin və qidalı liflər bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır, orqanizmdən toksin, radionukleid, ağır metalların duzları və s. ziyanlı maddələri xaric edir.

Kal əzgil əksinə bağırsaqları "yığır", ishal zamanı kömək edir.

A vitamini sayəsində əzgil dərinin vəziyyətini yaşılaşdırır, cavanlaşdırır, dəridə iltihabları azaldır.

Həmçinin A vitamini yaxşı görmə üçün çox vacibdir - görmə problemlərinin, o cümlədən kataraktanın riskini azaldır.

Əzgil nəfəsalma sistemi üçün ən faydalı məhsullardan biridir. Əzgil nəfəs yollarını təmizləyir, astma xəstələrinin vəziyyətini yaxşılaşdırır. Xalq təbabətində əzgil yarpaqlarının dəmləməsi öskürək zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Həmçinin əzgil yarpaqlarının dəmləməsi arıqlamağa da kömək edir.

Əzgil qaraciyər üçün də çox faydalı sayılır. Pektinlər və qidalı liflər sayəsində orqanizmi təmizləyən əzgil qaraciyərə düşən yükü azaldır.

Əzgil cinsiyyət sisteminin normal fəaliyyəti üçün çox faydalıdır.

Fol turşusu sayəsinə əzgil qanazlığı zamanı kömək edir. Həmçinin fol turşusu hamilə qadınlar üçün də çox vacibdir - dölün sinir sisteminin normal formalaşmasını təmin edir, uşaqda inkişaf qüsurlarının riskini azaldır.

Antioksidant və flavonoidlərlə zəngin olduğundan əzgil immun sistemini möhkəmləndirir, onkoloji xəstəliklərin riskini azaldır.

Tarix
2018.12.16 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov

İlham Əliyevin müraciəti BMT sənədi kimi yayıldı

Bayramov İordaniyanın XİN rəhbəri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla