Yuxarı

230-dan çox insan “Azercell”in bu aksiyasından yararlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
230-dan çox insan “Azercell”in bu aksiyasından yararlandı

Ən son texnologiyaların tətbiqi ilə insan həyatının keyfiyyətini artırmağı hədəfləyən Azercell Telekom ödənişsiz göz müayinələrinin təşkilini davam etdirir.

Axar.az xəbər verir ki, cari ilin aprel-iyun ayları ərzində 230-dan çox insan “Azercell”in “Mobil Göz Klinikası”nın oftalmoloji müayinələrindən keçib. 8 illik fəaliyyəti dövründə müasir avadanlıqla təchiz olunmuş klinika Bakı da daxil olmaqla, Azərbaycanın əksər rayonlarında yerləşən uşaq və ahıllar evlərinə, internat məktəblərinə səfərlər etmiş, 7500-dən çox insana xidmət göstərib.

Bu müayinələr zamanı ehtiyac yaranan hallarda müalicələr təyin edilib, optik eynəklər paylanıb. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.07.19 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla