Yuxarı

Bakılılar ən müasir avtobuslardan narazıdır – Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakılılar ən müasir avtobuslardan narazıdır – Foto

Artıq xeyli vaxtdır ki, paytaxtda yeni sərnişin avtobusları xəttə buraxılıb. İlk günlər yalnız 65 saylı xətt üzrə hərəkət edən həmin maşınları indi daha bir ünvanda - 61 saylı marşrutda da görmək olar. Yeni avtobuslar sərnişinlərin rahat gediş-gəlişinə hesablansa da, gözlənilənlərin əksi ilə qarşılaşırıq.

Axar.az-ın araşdırmaları göstərdi ki, həm sərnişinlər, həm də sürücülər yeni, ən müasir tələblərə cavab verən avtobusların fəaliyyətindən heç də razı deyillər. Buna əsas səbəb sözügedən marşrutların tutumunun əvvəlkilərdən nisbətən az olmasıdır. Avtobusda oturacaqların sayının az olmasından əlavə, sərnişinlərin ayaqüstə dayanması üçün yerlər nəzərdə tutulmayıb.

Bu avtobuslarda keyfiyyətli oturacaqlar, müxtəlif xəbərdaredici siqnallar, müşahidə kameraları var, əlillər üçün də xüsusi yerlər nəzərdə tutulub. Ancaq bu avtobusların istifadə edildiyi xətlərdəki sərnişin sıxlığı narahatlıq yaradır.

Yanacaq xərcləri artıb

Yeni avtobuslar sürücülərə də müəyyən qədər rahatlıq verib. Oturduqları kabinələr şüşə qoruyucularla fərqlənir: kondisionerli, komfortu ilə seçilən bu avtobuslara əsasən təcrübəli sürücülər seçilib və yalnız D kateqoriyası olanlar işə götürülüb. Lakin yeni avtobusda sürücülərin xərcləri artıb. 61 saylı marşrutda sərnişinlərər xidmət göstərən sürücü hər gün yanacağa əvvəlkindən 10 manat artıq pul xərclədiyini deyir:

"Ancaq bunun müqabilində marşrut sahibi gündəlik planı azaltmadı".

Hətta sürücülər yanacağa qənaət etmək üçün yay aylarında kondisionerləri işlətməyəcəklərini də bildirirlər.
Nəqliyyat Nazirliyi rəsmilərinin yeni ildən nəqliyyat sistemində nəzərdə tutduqları yeni idarəçilik prinsiplərinin işə düşməməsindən də özəl şirkətlərın rəhbərləri sui-istifadə edirlər. Avtobus sürücülərinin maaş sistemi ilə işləməsinə də tələsmirlər.

"Marşrut xətti dəyişməlidir"

Axar.az-a açıqlamasında hüquqşünas Ərşad Hüseynov yeni avtobusların sərnişinlərin sayına uyğun istifadəsinin daha məqsədəuyğun olduğunu vurğulayıb:

"Bu avtobuslar ortatutumlu sayılır və sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Onların sərnişin sıxlığının nisbətən az olduğu marşrutlarda işləməsi uyğun olar".

Daha bir variant isə əlbəttə ki, sərnişin sıxlığı müşahidə olunan xətlərdə avtobusların intervalının azaldılmasıdır.

Qeyd edək ki, yeni avtobusların ən üstün cəhəti onların Avro-5 standartları ilə işləməsidir. Ekoloji cəhətdən sərfəli olan marşrutların çox yanacaq sərf etməsini isə Ə.Hüseynov Avro-5 standartına cavab verməsi üçün maşınlarda əlavə avadanlıqların quraşdırılması ilə izah edir:

"Sözügedən avtobuslarda rahatlıq üçün yerləşdirilən həmin avadanlıqların işləməsinə əlavə yanacaq tələb olunur. Ona görə də sürücülərin yanacaq xərclərinin artması məqbul sayılmalıdır".

Tarix
2015.02.04 / 21:10
Müəllif
Fərqanə Allahverdiqızı
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla