Yuxarı

Soyuq havalarda dərinizi limonla gözəlləşdirin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Limon suyu dərini dezinfeksiya edir, sızanaqları qurudur və qara nöqtələri təmizləyir.

Dəriniz üçün sərinlədici və canlandırıcı təsir

Altı ədəd limonu qabıqları ilə birlikdə halqa şəklində dilimləyin. Dərin bir kasaya soyuq su doldurun və dilimlədiyiniz limonları suya atın. Limonların qabıqları yumşalana qədər suda saxlayın. Sonra limonları əlinizlə sıxın və hazırladığınız məhlulu qəbul edəcəyiniz vannanın suyuna əlavə edin. Hazırladığınız limonlu suda 20 dəqiqə qalmanız kifayətdir. Bu qan dövranınızı sürətləndirər, limon qoxusu da günə dinamik başlamağınıza kömək olar.

Dəri üçün limonlu pilinq

Limonun ehtiva etdiyi turşular sayəsində dəri üçün pilinq maskası hazırlamaq mümkündür. Dirsək, diz və dabanlarda yaranan sərt dəriləri belə siz limonlu maskalarla yumşalda bilərsiniz. Bunun üçün bir xörək qaşığı limon suyu ilə iki xörək qaşığı balı qatıb odda yüngülcə istilədin. Ocaqdan alındıqdan sonra bir müddət soyumasını gözləyin. Hazırlanan qarışıq soyuduqdan sonra quruyan və çatlayan dərinin üzərinə sürtün. 20 dəqiqə saxladıqdan sonra pilinq etdiyiniz bölgəni su ilə təmizləyin. Son olaraq təmizlədiyiniz bu bölgəni limon qabıqları ilə də ovxalaya bilərsiniz. Bu əməliyyat sonu dərinin təzə görünüşü sizi çaşdıracaq.

Limonlu üz losyonu

Limon yağlı dərilər üçün ideal təmizləyicidir. Çünki limonun möhkəmləndirici təsiri var. Tərifini təqdim edəcəyimiz üz losyonu, üzdəki qara nöqtə və sızanaqlara qarşı ən ideal losyondur. Bunun üçün 30 milli qram limon suyunu 30 qram bal və 200 milli təmiz su ilə qarışdırın və bu qarışığı bir şüşəsinin içinə tökün. Hazırladığınız bu losyonla səhər və axşam üz dərinizi silin. Beləcə həm təmiz, həm də canlı və parlaq bir dəriyə sahib olacaqsınız. Ancaq bu qarışığı sürtdükdən sonra ən az iki saat günəşə çıxmamağa çalışın. Əks halda, üzünüzdə ləkələr yarana bilər.

Üz maskaları

Az yağlı qatığa 5 damla limon suyu sıxın. Üzünüzü təmizlədikdən sonra bu maskanı sürtün və 15 dəqiqə saxlayıb ilıq su ilə yuyun.

Avokadonun yarısını püre halında əzin, içinə bir çay qaşığı limon suyu qatın və bir ədəd yumurtanın ağını əlavə edərək yaxşıca qarışdırın. Dəriniz qurudursa, bir neçə damla badam yağı da əlavə edə bilərsiniz. Qarışığı üzünüzə və boynunuza sürtün. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmiz yuyun.

100 qram yulaf əzməsi, 1 ədəd limon suyu və bir ədəd yumurtanın ağını qarışdırın, sonra qarışığı maska halında olana qədər qarışdırıb üzünüzə çəkin. 10 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Bu maska dərinizə gözəçarpan gözəllik və parlaq canlılıq bəxş edəcək.

Tarix
2013.12.17 / 05:31
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla