Yuxarı

Xərçəngin müalicəsində daha bir metod: Bir saniyədə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəngin müalicəsində daha bir metod: Bir saniyədə...

Araşdırma aparan elm adamları həftələrlə davam edən xərçəngin 1 saniyədə müalicəsi üçün yeni üsul kəşf edib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Pensilvaniya Universitetindəki Abramson Onkoloji Mərkəzinin alimləri bütün müalicə prosesinin bir saniyədən az davam etdiyi proton radiasiya terapiyasının effektiv olduğunu təsdiqləyib.

Mərkəzin apardığı müqayisəli tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, flaş terapiya foton radiasiya terapiyası ilə müqayisədə yan təsirlərin riskinin üçdə ikisini azaldır.

Daha da əhəmiyyətlisi budur ki, yan təsir risklərinin azalmasına baxmayaraq, iki ayrı müalicə metodu tətbiq olunan xəstələrin sağalma nisbəti demək olar eyni olub.

Metodun ən müsbət tərəfi bütün müalicə müddətinin fotonik radioterapiya ilə bir neçə həftə əvəzinə bir saniyədən az davam edən bir seansda həyata keçirilə bilməsi sayılır.

Alimlərin açıqlamasına görə, yeni metodu reallaşdırmaq asan olmayıb. Bu, adi bir radioterapiya bölməsində flaş şüalanma istehsal etmək üçün elektron əvəzinə proton istifadəsinin nəticələrini göstərən ilk araşdırmadır. Nəticələr göstərir ki, effektiv xərçəng müalicəsi üçün proton radiasiyasının tətbiqi bu gün xüsusi avadanlıqların yaradılmasını gözləmədən mümkündür.

Tədqiqatçılar radiasiya dozasını dəqiq ölçmək üçün xüsusi sensorlar hazırlamalı olduqlarını bildirib. Çünki standart detektorlar yüksək radiasiya dozaları və ultra yüksək hissəcik nisbətləri səbəbindən tez doyduğunu göstərir.

Alimlər hesab edirlər ki, avadanlığın daha da optimallaşdırılması, klinik sınaqlar həyata keçirmək və flaş terapiyasının daha geniş tibbi praktikada istifadə olunmasına imkan verəcək.

Tarix
2020.01.12 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla