Yuxarı

Qış mövsümündə saçlara qulluq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qış mövsümündə saçlara qulluq

Soyuq, şaxtalı havalar dərimizə pis təsir etdiyi kimi, saçlarımızı da qurudub çansızlaşdırır. Bu üzdən qış mövsümündə dərinizin baxıma ehtiyacı olduğu kimi, saçınızın da qulluq tələb edir.

Bu üzdən saçlarınızı qorumaq üçün lazım olan ən effektli maskaları diqqətinizə çatdırırıq.

1. Nəmləndirin

Saçınızın quruması onun sağlam olmamasından xəbər verir. Soyuq havalar saç kökünün nəmlənməsinə əngəl olur, bu üzdən də qış aylarında istifadə etdiyiniz məhsullara xüsusi diqqət yetirin. Bunun üçün istifadə etdiyiniz şampunlara nəmləndirici və yumşaldıcı bir çox yağların qatılması saçlarınızın nəmlənməsi və sağlam görünməsində sizə yardım edə bilər.

2. Keramik və iyonlu məhsullardan istifadə edin:

Saç düzümündə istifadə etdiyiniz alətlərin keramik və ion xüsusiyyəti olduğuna diqqət yetirin. Qoruma xüsusiyyətləri olan bu maddələr saçınızın isti üzündən qurumasına mane olur.

3. Yaş saçlarla çölə çıxmayın

Saçınızı yuduqdan dərhal sonra soyuq havaya çıxmanız həm sağlamlığınıza mənfi təsir edir, həm də saçınızın sağlığına təsir edir. Yaş saç soyuq havada donur və tez qırılır. Saçınızın yaxşıca quruduğuna əmin olmadan çölə çıxmayın.

4. İpək aksessuarlar istifadə edin

Qışda başınızı bağlamaq üçün istifadə edəcəyiniz aksessuarların materialına diqqət edin. Çünki istifadə etdiyiniz papaq və yaylıqların materialı da saclarınızın qırılmasına səbəb ola bilər. Bu üzdən də ipək və təbii yun olan aksessuarlardan istifadə etməyə çalışın.

Tarix
2013.12.17 / 03:35
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla