Yuxarı

Koronavirusa yoluxanların sayı 70 mini ötdü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusa yoluxanların sayı 70 mini ötdü

Çində ötən sutka ərzində daha 2048 nəfərin koronavirusun yeni növünə (COVID-2019) yoluxduğu, 105 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. İndiyədək Çində 70 min 637 nəfər virusa yoluxub, 1772 nəfər isə bu virus səbəbindən ölüb.

Axar.az xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayında azalma tendensiyası davam edir. Hazırda yoluxma şübhəsi olanların sayı 7264 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin və vəziyyəti ağır olan xəstələrin sayı 10 mini ötüb. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 min nəfəri müəyyən edib, onlardan 150 mini həkim nəzarətinə alınıb.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1933 nəfər) və ölüm (100 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika və Misirdə virusa yoluxma hallarının sayı 700-ə yaxındır. Çinin hüdudlarından kənarda - Filippin, Yaponiya və Fransada ölüm faktı qeydə alınıb.

Tarix
2020.02.17 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla