Yuxarı

Azərbaycanda 500 nəfər karantindədir - Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 500 nəfər karantindədir - Açıqlama

Hazırda respublikada 3 nəfər koronavirus daşıyıcısı var. Vəziyyətləri stabildir. Həkim nəzarəti altındadırlar.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində deyib.

“29 fevral tarixindən İranla sərhəddə məhdudlaşdırılmış rejim tətbiq olundu. İrandan Azərbaycana keçmək istəyənlər isə Tehran səfirliyinin baş konsulluğu vasitəsilə ölkəyə daxil olurlar. Onların bütün marşrutları karantin olunan sahəyə qədər planlaşdırılıb", - şöbə müdiri bildirib.

Yeganə Qarayeva qeyd edib ki, karantində olan şəxslərdən laborator diaqnostika nümunələri alınır:

“COVİD-19 yeni virus olduğu üçün laborator nümunələri yenidir. Bu virusun diaqnostikası sadəcə Operativ Qərargah tərəfindən təyin olunmuş laboratoriyada ola bilər. Ölkəmiz testlərin alınmasına başlayıb. Bu testlər yalnız Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təyin olunmuş laboratoriyalarda aparıla bilər. Hazırda bu testlərin istehsalı başlanıb. Ölkə olaraq bu testlərin keçirilməsində çətinlik olacağını düşünmürük”.

Şöbə müdiri hazırda 500 nəfərin karantində müşahidə altında olduğunu deyib:

“Onlardan hazırda diaqnostika üçün nümunələr götürülüb. Heç kimdə xəstəlik aşkar olunmayıb. Lakin 14 gün karantində qalacaqlar. Onların böyük qismi Azərbaycan vətəndaşıdır və cənub zonasındandırlar. Paytaxt sakinlərindən heç kim nəzarətə alınmayıb. Tibb personalı qoruyucu geyim və vasitələrlə təmin olunub”.

Tarix
2020.03.05 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla