Yuxarı

İqlim şəraiti koronaya necə təsir edir? - Akademik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqlim şəraiti koronaya necə təsir edir? - Akademik

Koronavirus mövsümi qrip səviyyəsində olan bir virusdur.

Axar.az e-tibb.az-a istinadən bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, xüsusilə təhlükəli infeksiyalara qarşı mübarizə üzrə ekspert, Rusiya İstehlak Nəzarəti Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu direktorunun elmi məsləhətçisi Viktor Maleyev deyib.

Onun sözlərinə görə, koronavirus iqlimdən əhəmiyyətli dərəcədə təsirlənir. Ümumiyyətlə, mövcud nəzəriyyələrdən birinə görə, COVID-19 qriplə eyni mövsümi infeksiyadır:

“İqlim virusa bir çox dərəcədə təsir edir. Gündəlik hava da təsir edə bilər. Nəzəriyyələrdən biri də koronavirusun mövsümi bir infeksiya kimi, tənəffüs yollarının digər yoluxucu xəstəlikləri, qrip kimi olduğunu deməyə əsas verir.

Bizdə çoxlu tənəffüs yolları virus infeksiyası var, təxminən 200-ə qədər. Və əksəriyyəti də mövsümidir. Koronavirus epidemiyasının başladığı Çində Təbiət Elmləri Milli Fondu isti və rütubətli hava səbəbiylə koronavirusun yayılmasının azalması barədə araşdırma aparıb. Tədqiqatçıların fikrincə, koronavirusun yayılmasına qarşı mübarizədə ən yaxşı kömək qızmar hava ola bilər.

Alimlər iqlim şəraitinin virusların ötürülməsinə hər zaman təsir etdiyini əsas götürüblər. Əlbəttə ki, əhalinin sıxlığı və tibbi xidmətin keyfiyyəti də böyük əhəmiyyətə malikdir”.

Tarix
2020.03.29 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla