Yuxarı

Qlüten tərkibli qidalar zərərlidirmi?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qlüten tərkibli qidalar zərərlidirmi?

Qlüten bəzi məhsulların tərkibində olan zülaldır. Həmin maddə qidalara görünüşü yaxşılaşdırmaq, onu daha yumşaq etmək və saxlama müddətini artırmaq məqsədilə əlavə olunur. Lakin bütün üstünlükləri ilə yanaşı yapışqanlıq xüsusiyyəti ilə qlüten bəzən orqanizmə zərərli təsir göstərir.

Axar.az xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov Azərtac-a deyib:

”Bəzi insanlarda qlütenə qarşı həssaslıq və allergiya olur. Onlar qlüten qəbul edəndən sonra bağırsaqlardan qidanın sorulması pozulur və buna görə də mədə-bağırsaq problemləri yaranır. Belə insanlarda qan azlığı, sümük-oynaq sistemində ağrı, sümüklərin kövrəkləşməsi, xüsusən uşaqlarda erkən diaqnostika olmadıqda boy geriliyi, çəki azlığı kimi əlamətlər müşahidə olunur”.

Həkim-terapevtin dediyinə görə, qlütenli qidaları birmənalı olaraq zərərli hesab etmək düzgün deyil. Sadəcə olaraq insanlar həmin zülala qarşı orqanizmin reaksiyasını yoxlamalıdırlar. Əgər onun qəbulu hansısa narahatlığa səbəb olursa, qlüten tərkibli qidaları rasiondan çıxarıb alternativləri ilə əvəz etmək lazımdır.

Qlütenli qidalara undan hazırlanan qidalar və taxıl məhsullarından hazırlanan məmulatlar daxildir. Düyü, qarabaşaq, kətan toxumu kimi qidalardan əvəzedici kimi istifadə etmək olar. Meyvə və tərəvəzlərin tərkibində qlüten olmadığından onları tam rahat şəkildə istehlak etmək olar. Süd məhsullarından isə keçi südünün rasiona daxil edilməsi məsləhət görülür.

Tarix
2020.06.05 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla